- 8 Sentyabr 23:28
Fransanın Aisne bölgəsində yerləşən Fere-en-Tardenois adlı kiçik şəhər qeyri-adi qərarla gündəmə gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin bələdiyyə başçısı Jan-Pol Rozlö yeni kabab və digər "fast-food" restoranlarının açılmasını rəsmi şəkildə qadağan edib.
Artıq sayları sürətlə artan burger, pizza, takos və kabab restoranlarının həm şəhərin estetik görünüşünə, həm də yerli sahibkarlara mənfi təsir etdiyini bildirən bələdiyyə başçısı, bu səbəbdən yeni "fast-food" müəssisələrinin açılmasına qadağa qoyulduğunu açıqlayıb.
Rozlö bildirib: "Əgər bu şəkildə davam edərsə, yerli sahibkarlar müflis olacaq və şəhərin özünəməxsus kimliyi dəyişəcək. Şəhərin əsas küçəsi artıq demək olar ki, tamamilə kababçılarla dolub. Artıq bu prosesi dayandırmalıyıq".
Qərar şəhər sakinləri arasında mübahisələrə səbəb olub. Bir qrup sakin münasib qiymət və rahatlığına görə fast-food restoranlarını dəstəklədiyini bildirsə də, digər qrup isə şəhərdə daha çox ənənəvi restoranların olmasını istədiklərini ifadə edib.
Şəbnəm Mehdizadə