Ən az dindar olan ölkələr açıqlandı - Azərbaycan 5-ci yerdə


  • 8 Sentyabr 15:36

ABŞ-da yerləşən bir araşdırma şirkəti tərəfindən aparılan son araşdırma dünyanın ən az dindar ölkələri sıralayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Pew" Araşdırma Mərkəzinin dərc etdiyi hesabatda həmin ölkələr aşağıdakı kimi sıralanıb:

1. Çin - Əhalinin 90 faizi özünü dindar hesab etmir.

2. İsveç - isveçlilərin 73 faizi dindar olmadıqlarını deyir.

3. Çexiya - əhalinin 72 faizi dindar deyil.

4. İngiltərə - əhalinin 69 faizi özünü dindar hesab etmir.

5. Azərbaycan - əhalinin 64 faizi dindar olmadığını deyir.

6. Belçika - əhalinin 64 faizi ya inancsız, ya da ateist olduğunu deyir.

7. Avstraliya - əhalinin 63 faizi özünü dindar hesab etmir.

8. Honq Konq - sakinlərin 63 faizi dindar deyil.

9. Vyetnam - əhalinin 63 faizi heç bir dini mənsubiyyətinin olmadığını bəyan edir.

10. Norveç - əhalinin 62 faizi özünü dindar hesab etmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər