Nepalda polisin nümayişçilərə atəş açması nəticəsində 14 nəfər ölüb


  • 8 Sentyabr 16:09

Nepalın paytaxtı Katmanduda polisin hökumət əleyhinə nümayişçilərə atəş açması nəticəsində 14 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, 70-dən çox etirazçı yaralanıb.

Komendant saatı pozulduqdan sonra ordunun da Katmanduya yeridildiyi vurğulanıb.

Qeyd edək ki, əksəriyyəti gənclərdən ibarət olan nümayişçilər, korrupsiya iddialarını və hökumətin sosial media platformalarını bağlama qərarını etirazla qarşılamaq üçün parlament binasına doğru yürüşə keçmişdi.

Rəsmilər, hadisələrin şiddətlənməsindən sonra parlament ətrafındakı əsas bölgələrdə yerli vaxtla saat 22:00-a qədər komendant saatı elan etmişdi.

Humay Eminqızı

Oxşar xəbərlər