- 8 Sentyabr 23:28
İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 67 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda son 24 saatda 320 nəfərin yaralandığı da bildirilib.
Qəzzada son 24 saat ərzində humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 14 fələstinlinin öldüyü, 85 fələstinlinin isə yaralandığı bildirilir.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 64 min 522 nəfərə, yaralı sayı isə 163 min 96 nəfərə yüksəlib.
Humay Eminqızı