Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər


  • 10:29

"Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər, lakin bu, Təl-Əvivlə münasibətlərin normallaşmasına bərabər deyil.”

E-huquq.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa bildirib.

"Suriya ABŞ-ın vasitəçiliyi ilə İsraillə razılığa gəlməyə çox yaxındır və yaxın günlərdə sənəd imzalana bilər. Sənəd 1974-cü il razılaşmasına bənzəyəcək. Lakin bu, heç bir halda münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil", - əş-Şaraa deyib.

Oxşar xəbərlər