- 15:29
Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis şeylər baş verəcək.
E-huquq.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.
Xatırladaq ki, Ağ Ev rəhbəri bir neçə gün öncə ABŞ-ın Baqram aviabazasını qaytarmaq və Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.