- 15:29
Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülhün bərqərar olduğunu vurğulayıb.
E-huquq.az xəbər verir ki, Paşinyan bunu ölkəsinin Müstəqillik Günü münasibətilə sosial media hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, blokada, müharibə, iqtisadi tənəzzül və mühacirət xalqın sözügedən arzusunun reallığa çevrilməsinə imkan vermədi.
"8 avqust 2025-ci ildə sülhün bərqərar olması ilə bu arzu yenidən Ermənistan Respublikasını bürüdü və bizim borcumuz onu reallığa çevirmək oldu", - o qeyd edib.
Xatırladaq ki, cari ilin avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Mənbə: Report