Tramp: Qəzzada baş verənlər fəlakətdir


  • 21 Sentyabr 23:11

ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyəti fəlakət kimi qiymətləndirərək, Vaşinqtonun bunu həll etməli olduğunu bəyan edib.

E-huquq.az əbər verir ki, bunu ABŞ lideri "Fox News" telekanalına müsahibəsində deyib.

"Qəzza şübhəsiz ki, əsl fəlakətdir. Biz bunu həll etməliyik", - o deyib.

Trampın sözlərinə görə, onun sülh yolu ilə həllinə nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Rusiya-Ukrayna müharibəsidir:

"Biz yeddi müharibəni həll edə bildik. Bir və ya ikisi qalıb. Rusiya və Ukrayna ilə məşğul olmalıyıq; bu, dəhşətlidir".

ABŞ lideri BMT Baş Assambleyasının gələn həftə başlayacaq 80-ci sessiyasının ümumi siyasi diskussiyalarında yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib. "BMT-də çıxış edəcəyəm və ümid edirəm ki, yaxşı iş görəcəm", - deyə Tramp çıxışında "yaxşı və pisdən" danışacağını da əlavə edib.

Oxşar xəbərlər