- 17:35
Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Ödəmiş rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və jandarma qrupları göndərilib.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Yük maşını sürücüsü Jandarma qrupları tərəfindən saxlanılıb.
Şəbnəm Mehdizadə