- 17:35
Avstraliya hökuməti ölkənin ikinci ən böyük telekommunikasiya şirkəti “Optus”un fəaliyyətində yaranan nasazlıqla bağlı təhqiqata başlayıb.
E-huquq.az xəbər verir ki, bu nasazlıq fövqəladə hallar çağırışları yönləndirilə bilmədiyi üçün 3 nəfərin ölümünə səbəb olub.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, sentyabrın 18-də şirkətin şəbəkələrində baş verən və bir neçə ştatda yüzlərlə zəngin kəsilməsinə səbəb olan nasazlıq ciddi etirazlara səbəb olub.
Rəsmilər bildirib ki, kəsinti aradan qaldırılana qədər onlara məlumat verilməyib, prosedurlar pozulub.
Avstraliyanın rabitə naziri Anika Wells jurnalistlərə açıqlamasında yaşanan hadisənin Avstraliya xalqına zərər vurduğunu deyib. \
Şəbnəm Mehdizadə