- 17:35
Türkiyənin Balıkesir şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, episentri Balıkesirin Sındırgı rayonunda olan zəlzələ yerli vaxtla saat 12:02-də, yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Saat 12:05-də isə Sındırgı rayonunda 4,9 bal gücündə daha bir zəlzələ baş verib.
Şəbnəm Mehdizadə