Venesuelada mülki şəxslərə hərbi təlim keçirilir


  • 14:19

Venesuela hökuməti mülki şəxslərə hərbi təlim keçəcək yeni proqrama başlayıb.

E-huquq.az Milli Bolivar Silahlı Qüvvələri (FANB) üzvləri çoxlu sayda tank və zirehli texnika ilə birlikdə paytaxt Karakasda konvoyda xalqı salamlayıb.

VTV dövlət telekanalı tərəfindən yayımlanan kadrlarda hərbi maşınların şəhərin müxtəlif magistral və küçələrindən keçməsi əks olunub.

Silahlı qüvvələr təkcə Karakasda deyil, həm də ölkənin müxtəlif bölgələrində yerləşdirilib.

Bu təşəbbüsün bir hissəsi olaraq Amazonas, Apure, Barinas, Bolivar, Miranda, Nueva Esparta, Merida, Tachira, Trujillo və Zulia ştatlarında silahdan istifadə mövzusunda ictimai təlimlər keçirilib.

Müdafiə naziri Vladimir Padrino Lopez, milis qüvvələrinin 5336 kommunal ərazidə təlim keçdiyini bildirib.

Venesuela prezidenti Nikolas Maduro xalqının ABŞ-nin hücumuna məruz qalacağı təqdirdə Venesuelanı müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər