- 17:35
Türkiyədə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən dəstə üzvləri saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəlilər Ankarada yaşayan 9 vətəndaşa zəng edərək özlərini polis kimi təqdim etdikdən sonra ümumilikdə 17,5 milyon lirə məbləğində dələduzluq edib.
Onlar 9 zərərçəkmişlərdən pul və qızıl-zinət əşyaları götürüb, həmçinin onlardan dollarlarını dəyişdirib hesablarına köçürmələrini istəyiblər.
Ankara, İstanbul, İzmir, Dənizli, Nevşehir, Mersin, Qaziantep və Adanada eyni vaxtda keçirilən əməliyyatlarda 24 şübhəli saxlanılıb.
Şübhəlilərdən 18-i həbs edilib.
Şəbnəm Mehdizadə