- 17:35
Avropa Komissiyası (AK) 19-cu anti-Rusiya sanksiyaları paketi çərçivəsində Rusiya müştərilərinə süni intellekt (AI) xidmətləri göstərən Avropa İttifaqı (Aİ) ölkələrinin şirkətlərinə qadağa qoymaq niyyətindədir.
E-huquq.az xəbər verir, bu barədə “Euobserver” portalı Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat verib.
Söhbət Rusiyaya aid süni intellekt sahəsində xidmətlərdən gedir. Bunlara süni intellekt modellərinə və ya onların öyrədilməsi, təkmilləşdirilməsi və inferens prosesi üçün platformalara çıxış daxildir.
İnferens süni intellektin öyrədilmiş modelindən yeni məlumatların emalı və proqnozların əldə olunması prosesidir.
Humay Eminqızı