Qəzzada ölənlərin sayı 65 min 344 nəfərə çatıb


  • 15:42

İsrail ordusunun Qəzzaya hücumları nəticəsində son 24 saatda 61 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda son 24 saatda 220 nəfərin yaralandığı da bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 65 min 344 nəfərə, yaralı sayı isə 166 min 795 nəfərə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər