Filippində muson yağışları ciddi fəsadlar törədib


  • 16:10

Filippində yağan musson yağışlara görə 100 mindən çox insan təxliyə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Bildirilib ki, musson yağışları və tayfunlar ölkənin müxtəlif yerlərində 100 mindən çox insanın yaşadığı 28 mindən çox ev təsərrüfatına ziyan vurub.

187 ailənin təxliyyə mərkəzlərinə, 173 ailənin isə müvəqqəti sığınacaqlara yerləşdirildiyi bildirilib.

Yağışlar zamanı 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 5 nəfərin itkin düşdüyü qeyd edilib.

Filippin Meteorologiya Bürosu (PAGASA), Filippinin şimal-şərq sahillərinə yaxınlaşdıqca intensivliyi artan və super tayfuna çevrilən Raqasanın Babuyan adasına çatacağını proqnoz edir.

Güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər