- 17:35
"Rusiya istənilən təhlükəyə sadəcə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab vermək iqtidarındadır".
E-huquq.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib.
Putin bildirib ki, strateji sabitlik sahəsindəki vəziyyət davamlı olaraq pisləşir.
"Qərbin dağıdıcı addımları nəticəsində, nüvə silahına malik dövlətlər arasında konstruktiv münasibətlərin və praktiki əməkdaşlığın əsası ciddi şəkildə sarsıdılıb. Rusiya ilə ABŞ arasında raket-nüvə və strateji müdafiə silahlarına nəzarətlə bağlı sazişlər sistemi demək olar ki, tamamilə dağıdılıb" - deyə o bildirib.
Putin vurğulayıb ki, Rusiya, beynəlxalq sülhün təmin olunmasında siyasi-diplomatik metodların üstünlüyü və prioritetliyi prinsipindən çıxış edir. Bu yanaşma bərabərlik, təhlükəsizliyin bölünməzliyi və qarşılıqlı maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.
Onun sözlərinə görə, Rusiya istənilən strateji təhdidlərə cavab verməyə hazırdır:
"Rusiya öz çəkindirmə qüvvələrinin etibarlılığına və effektivliyinə əmindir".
Humay Eminqızı