Yaponiyada mobil telefondan çox istifadə etmək qadağan edilib


  • 17:24

Yaponiyanın Toyoake Bələdiyyəsi insanların iki saata qədər rəqəmsal cihazlardan, o cümlədən smartfonlardan və video oyunlrdan istifadə etməyi qadağan edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bələdiyyə tərəfindən sakinlərin texnoloji cihazlardan daha az istifadə etməsini təşviq edən tədbirlər görülüb.

Bələdiyyə Başçısı Kouki Masafumi şəhər şurası tərəfindən təsdiqlənmiş sərəncamda smartfondan istifadə üçün vaxt məhdudiyyəti qoyulub.

Sərəncamda 18 yaşınadək uşaqların fiziki və əqli inkişafı üçün adekvat yuxunun vacibliyi vurğulanır.

Qeyd olunub ki, ibtidai sinif şagirdlərinə saat 21:00-dan sonra, orta və yuxarı sinif şagirdlərinə isə saat 22:00-dan sonra smartfonlardan istifadəni dayandırmaq tövsiy edilib.
Oktyabrın 1-də qüvvəyə minməsi planlaşdırılan tənzimləmə tövsiyələrə əməl etməyənlərə heç bir cəza tətbiq edilməyəcək.

Tənzimləmə Yaponiyada texnoloji cihazların həddindən artıq istifadəsinin yuxu və ailə həyatına mənfi təsirlərini vurğulayan ilkdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər