- 17:35
İran və Rusiya yaxın günlərdə yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri və vitse-prezidenti Məhəmməd İslami məlumat verib.
“İran İslam Respublikası və Rusiya Federasiyası yaxın günlərdə yeni nüvə enerji bloklarının tikintisinə dair saziş imzalayacaq. İki ölkə arasında hökumətlərarası sazişdə Rusiyanın səkkiz atom elektrik bloku tikəcəyi, onlardan dördünün Buşəhrdə olması nəzərdə tutulur”, - vitse-prezident bildirib.
İslaminin sözlərinə görə, ikitərəfli sazişin ikinci hissəsinin həyata keçirilməsi üçün lazımi işlər artıq başa çatıb. Xüsusilə, yeni enerji bloklarının tikintisi üçün yer artıq seçilib və lazım olan hər şeylə təchiz edilib.
"Yeni enerji blokları üçün nəzərdə tutulan tikinti sahələrinə baxış keçirilib, müqavilə danışıqları aparılıb və bu həftə layihələndirmə, mühəndislik və digər işlərin başlanması istiqamətində addım atılacaq”, - deyə İslami əlavə edib.
Humay Eminqızı