Türkiyədə dəhşətli partlayış baş verib, yaralılar var


  • 17:31

Türkiyənin Antalya şəhərində partlayış baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Demrə rayonunda meyvə-tərəvəz topdansatış məntəqəsində naməlum səbəbdən partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Yaralılar dərhal xəstəxanaya aparılıb.

Partlayışın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər