- 11:30
Danimarkanın hava məkanında pilotsuz təyyarələrin görünməsi ilə əlaqədar olaraq Kopenhagen hava limanında uçuşlar dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Məlumata görə, hava məkanında təxminən 2-3 pilotsuz uçuş aparatı aşkar edilib.
Bildirilib ki, 35-dən çox reys Danimarkanın Billund və Aarhus, İsveçin Malmö və Göteborq hava limanlarına yönləndirilib.
Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
Humay Eminqızı