- 11:30
Şimali Koreya lideri Kim Çen in ölkənin hərbi gücünü genişləndirmək məqsədilə yeni məxfi silahlar əldə etdiyini açıqlayıb.
E-huquq.az Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, prezident bunu Şimali Koreya Ali Xalq Məclisində çıxışı zamanı söyləyib.
Kim nüvə silahının ölkəsi üçün mühm əhəmiyyət kəsb etdiyini deyib.
O, nüvə tərksilahının mümkün olmadığını bildirib.
"Biz yeni gizli silahlar almaqla müdafiə sahəsində hərbi imkanlarımızı böyük ölçüdə gücləndirəcək nailiyyətlər əldə etdik. Biz heç vaxt nüvə silahımızdan əl çəkməyəcəyik " deyə prezident vurğulayıb.
Humay Eminqızı