- 13:22
Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Qaziantep-Şanlıurfa magistral yolu ilə hərəkətdə olan yük maşınının təkəri partlayıb və nəticədə nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı 2 əcnəbi vətəndaş həyatını itirib, 8 nəfər isə yaralanıb.
Hadisə yerinə jandarma və tibb işçiləri cəlb edilib.
Xəsarət alan 8 nəfər Nizip Dövlət Xəstəxanasına çatdırılıb.
Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Humay Eminqızı