- 13:22
Rusiyanın Samara vilayətində diversiyalar törətməkdə şübhəli bilinən ata və oğul saxlanılıb.
E-huquq.az xəbər verir ki, TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları
Əməliyyat nəticəsində Samara vilayətində neft-qaz və nəqliyyat infrastrukturu obyektlərində 2023-2025-ci illərdə diversiyaların hazırlanması və həyata keçirilməsində iştirak edən ata və oğulun qanunsuz fəaliyyəti dayandırılıb.
Onlar Samara çayı üzərindən keçən dəmir yolu körpüsünü partlatmağa hazırlaşarkən saxlanılıblar.
Dindirilmə zamanı onlar törətdikləri cinayətləri etiraflar ediblər.
Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Humay Eminqızı