- 16:03
Türkiyənin Rize şəhərində qar uçqunu baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə Rizenin Çamlıhemşin rayonunda, yayla yolunda uçqun baş verib.
15 nəfər qar uçqunu altında qalıb.
Əraziyə AFAD, Jandarma qrupları və texnika göndərilib.
Aparılan xilasetmə işləri nəticəsində 15 nəfər, yük maşını və içərisində olan heyvanlar xilas edilib.
Humay Eminqızı