- 16:03
Yeni Zelandiyada iki övladını öldürməkdə təqsirləndiirlən qadının məhkəməsi keçirilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı Hakyunq Li 2018-ci ilin iyununda övladları Minu Co (6) və Yuna Conu (8) öldürməkdə təqsirli bilinir.
Uşaqların qalıqları 2022-ci ilin avqustunda Oklenddə yerləşən anbardakı çamadanlarda aşkar edilib. Məlum olub ki, Li illərdir kirayəyə götürdüyü anbarın ödənişini ödəyə bilməyəndə içindəki əşyalar hərraca çıxarılıb. Uşaqların cəsədlərini çamadanları alanlar aşkar ediblər.
Hadisədən sonra Li Cənubi Koreyaya gedib və adını dəyişib. Lakin o, 2022-ci ildə ekstradisiya edilib və məhkəmə qarşısına çıxarılıb.
İttiham tərəfinin fikrincə, qətllər Linin həyat yoldaşının ölümündən 7 ay sonra baş verib. Li uşaqlarını öldürdüyünü inkar edərək ruhi xəstə olduğunu deyib. Oklend Ali Məhkəməsinin hakimləri onun ruhi xəstəliklə bağlı müdafiəsini rədd edib.
Yeni Zelandiya qanunlarına görə, onu ömürlük həbs cəzası gözləyir.
Humay Eminqızı