- 16:49
Rusiya ordusu Ukraynanın Odessa vilayətinə növbəti dəfə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri dəstəsinin və ölkənin Baş Kəşfiyyat İdarəsinə məxsus müvəqqəti yerləşmə məntəqələri vurulub.
Bundan əlavə, Odessa vilayətindəki Şkolnıy aerodromunda pilotsuz aparatların saxlandığı yerlərə də hücumlar həyata keçirilib.
Həmçinin, dronların yığıldığı müəssisəsinin sexlərə də zərbə endirilib.
Humay Eminqızı