Fələstin dövlətini tanıyan BMT üzvlərinin sayı 157-yə çatıb


  • 14:44

Fələstin dövlətini tanıyan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı 157-yə yüksəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT üzvü olmayan Vatikan da Fələstin Dövlətini tanıyanlar arasındadır.

Qeyd edək ki, Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya sentyabrın 21-də Fələstini tanıdıqlarını elan edib.

Fransa, Monako Knyazlığı, Lüksemburq, Malta və San-Marino isə 22 sentyabr tarixində BMT çərçivəsində keçirilən "Fələstin Probleminə Həll Tapılması və İki Dövlətli Həllin Həyata Keçirilməsi" mövzusunda Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində Fələstin dövlətini tanıdıqlarını rəsmən bəyan ediblər.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Niderlandın xarici işlər naziri David van Weel isə İsrailli girovların azad edildiyi və HƏMAS-ın tərksilah olunacağı təqdirdə Fələstin dövlətini tanıya biləcəyini bəyan edib.

Humay Eminqızı

Oxşar xəbərlər