Paşinyan Ermənistanın Aİ-yə qəbul edilməməsi ilə bağlı açıqlama verib


  • 16:03

Ermənistan, Avropa İttifaqının (Aİ) standartlarına uyğun gəlsə belə, quruma qəbul olunmaya bilər.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib.

Onun sözlərinə görə, rəsmi İrəvanın əsas məqsədi bütün sahələrdə Aİ standartlarına nail olmaqdır:

"Biz başa düşürük ki, bu standartlara çatdıqdan sonra belə Aİ-yə üzv ola bilməyə bilərik, amma bizim əsas vəzifəmiz Aİ standartlarına uyğunlaşmaqdır. Biz buna nail olanda - əgər bizi qəbul etsələr yaxşı olar. Qəbul etməsələr də bizim artıq öz nəticəmiz olacaq", - deyə baş nazir izah edib.

Humay Eminqızı

Oxşar xəbərlər