13 yaşlı uşaq sərnişin təyyarəsinin şassisində gizlənərək Hindistana uçdu


  • 16:17

Əfqanıstanda 13 yaşlı uşaq sərnişin təyyarəsinin şassisində gizlənərək paytaxt Kabildən Hindistanın paytaxtı Yeni DelHiyə gedib.

E-huquq.az Indian Express qəzetinə istinadən xəbər verir ki, o, gizlicə Kabil hava limanına girərək sərnişinlərə qarışıb.

"Kam Air"in RQ-4401 reysinin eniş şassisi quyusuna daxil olan uşaq təhlükəli şəraitdə Yeni Delhi Beynəlxalq Hava Limanına gəlib.

Təyyarə eniş etdikdən sonra uşaq uçuş-enmə zolağında aşkarlanıb və yerli təhlükəsizlik işçiləri tərəfindən saxlanılaraq sorğu-sual edilib.

Əfqanıstanın şimalındakı Kunduz şəhərindən olduğu müəyyən edilən oğlan əvvəlcə İranın paytaxtı Tehrana səyahət etmək niyyətində olduğunu və uçduğu təyyarənin Yeni Delhiyə getməsindən xəbərsiz olduğunu izah edib.

Hindistanın Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrindən (CISF) verilən açıqlamaya görə, oğlan dindirildikdən sonra uçduğu təyyarə ilə Kabilə geri göndərilib.

Humay Eminqızı

Oxşar xəbərlər