- 16:49
"NATO davam edən təxribatların qarşısını almaq üçün Rusiyaya cavab verməyə hazırdır".
E-huquq.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
Rutte bildirib ki, NATO daha sərt cavablara hazırdır: "Lakin biz həmişə vəziyyəti dəyərləndirərək addım atmalıyıq".
Rutte həmçinin qeyd edib ki, Rusiya təyyarələrini Estoniya hava məkanından müşayiət edən NATO pilotları birbaşa təhlükə aşkar etməyiblər:
"Estoniyanın hava məkanının ən son pozulması zamanı NATO qüvvələri dərhal təyyarəni ələ keçirib və müşayiət edib”.
Baş katib həmçinin vurğulayıb ki, Danimarkada pilotsuz təyyarə insidentinin Rusiyanın müdaxiləsi ilə bağlı olub-olmadığını söyləmək üçün hələ tezdir.
Humay Eminqızı