- 16:49
Elektrikli avtomobil bazarına əhəmiyyətli irəliləyiş edən Xiaomi avtomobillərin böyük qismini geri çağırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət İdarəsi (SAMR) məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə şirkət 116 887 SU7 markalı avtomobili bazardan geri çağırıb.
Şirkət açıqlamasında bildirilib ki, geri çağırılmaya səbəb avtomobillərin sürücüyə yardım sistemində aşkar edilən proqram xətası olub.
Rəsmilər bildirib ki, bu xəta sürücü diqqət etmədikdə toqquşma ehtimalını artıra bilər.
Şirkət bəyan edib ki, avtomobil sahiblərinin servis mərkəzinə getməsinə ehtiyac qalmayacaq.
Şirkət OTA (Over-The-Air) vasitəsilə bütün avtomobillərə pulsuz proqram yeniləməsi göndərəcək.
Humay Eminqızı