- 16:41
İsveçin Kalmar əyalətinin Hultsfred rayonunda məsciddə yanğın baş verib.
E-huquq.az xaricimətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə hallar üzrə direktoru Ulf Bowein məlumat verib.
O bildirib ki, yanğın gecə saat 2:00-da başlayıb və iki mərtəbəli taxta məscidə ciddi ziyan dəyib.
Direktor oraya dərhal çoxlu sayda yanğınsöndürən maşın və xilasedicilərin göndərildiyini deib.
"Hadisə yerinə çatanda pəncərələrdən alov çıxırdı. Məscid tez bir zamanda yararsız hala düyşüb. İçəridə heç kim olmadığına görə ölən və yaralanan olmayıb" - deyə direktor əlavə edib.
Hultsfred Polisi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Humay Eminqızı