- 12:48
Rusiya ordusunun Zaporojiya vilayətinə zərbələri nəticəsində 2 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Zaporojiya vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, 24 saat ərzində 21 yaşayış məntəqəsinə 698 hücum həyata keçirilib.
“Rusiya qüvvələri Zaporojiya, Kamışevaxa, Malokaterinovka, Veselyanka, Stepnoqorsk, Kamenskoye, Lukyanivske, Beloqorye və Uspenovkaya 11 hava zərbəsi endirib. Bir raket zərbəsi Zaporojjyaya endirilib”, - deyə İ.Fedorov bildirib.
O bildirib ki, bölgə müxtəlif modifikasiyalı 484 PUA hücumuna məruz qalıb.
Hücumların bölgəyə böyük ziyan vurduğu qeyd olunub.
Humay Eminqızı