- 12:48
Avropanın “Dron divarı” layihəsi bir il ərzində həyata keçirilə bilər.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius məlumat verib.
O, qeyd edib ki, dron aşkarlama sistemi təxminən bir ildən sonra tətbiq oluna bilər:
"Bizim pilotsuz təyyarələri aşkar etmək imkanımız yetərli dərəcədə deyil. Döyüş təyyarələri və raketləri aşkar etmək üçün yaxşı imkanlarımız var, lakin dronlar çox alçaqdan uçurlar və çox kiçikdirlər", - deyə komissar əlavə edib.
Qeyd edək ki, “Dron divarı” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsü olub, Ukrayna da daxil olmaqla, Rusiya ilə bütün sərhəddə pilotsuz uçuş aparatlarına qarşı çoxqatlı monitorinq və avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsinə yönəlib.
Layihə hazırda inkişaf və prototip seçimi mərhələsindədir.
Humay Eminqızı