"Qəzzada atəşkəsin əldə olunması üçün göstərilən səyləri puç edən Netanyahudur"


  • 10:40

HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin əldə olunmasına dair təklifin onlar tərəfindən rədd edildiyi iddiasını təkzib edib.

E-huquq.az xəbər verir ki, bu barədə HƏMAS açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Qəzzada atəşkəsin əldə olunması üçün göstərilən səyləri puç edən İsrailin Baş naziri Benyamin Netanyahudur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında çıxış edən ABŞ prezidenti Tramp Qəzzada atəşkəs əldə etmək üçün çalışdığını, lakin HƏMAS-ın razılaşmanı qəbul etmədiyini iddia edib.

Humay Eminqızı

Oxşar xəbərlər