- 12:48
İsrailin Qəzza zolağına hava və artilleriya hücumları nəticəsində 33 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.
Məlumata görə, İsrailin köçkünlərin sığındığı Firas bazarında Qəzza bələdiyyəsinə aid anbarları hədəfə alması nəticəsində aralarında uşaqların da olduğu 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Sabra Məhəlləsində evin, Sahabe küçəsində bir mənzilin, Ömər əl-Muxtar küçəsinin, Nusayrat Qaçqınlar Düşərgəsinin hədəf alınması nəticəsində ümumilikdə 13 nəfər həyatını itirib.
Humay Eminqızı