- 12:48
Alimlərin fikrincə spirtli içkilərin istehlakı demensiya riskini artırır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə araşdırma BMJ Evidence Based Medicine tibb jurnalında dərc olunub.
Araşdırmada 559,000-dən çox insan iştirak edib.
İştirakçılar 56 ilə 72 yaş arasında idi və 4 ildən 12 ilə qədər izlənildi. Bu müddət ərzində 14 mindən çox insana demensiya diaqnozu qoyulub.
Məlum olub ki, həftədə cəmi 1-3 əlavə içki belə xəstəlik riskini 15 faiz artırır.
Alimlər qeyd edir ki, əvvəlki tədqiqatlarda spirtin qoruyucu təsiri əslində xəstəliyin ilkin mərhələlərində insanların spirt istehlakını azaltması ilə bağlıdır.
Tədqiqatçılar hətta aşağı səviyyəli alkoqolun da "təhlükəsiz" olmadığını və spirt istehlakının azaldılmasının demensiyanın qarşısının alınmasında mühüm rol oyandığını vurğulayıb.
Nəticə olaraq, yeni araşdırma orta miqdarda içkinin beyin üçün faydalı olması fikrini təkzib edərək, spirtli içkilərin bütün formalarının demensiya riskini artırdığını qəti şəkildə irəli sürür.
Humay Eminqızı