Kaliforniyada haqsız yerə həbs edilən şəxsə 25 milyon dollar təzminat ödənilib


  • 12:16

ABŞ-nin Kaliforniyada 38 il haqsız yerə həbs edilən şəxsə 25 milyon dollar təzminat ödənilib.

E-huquq.z xarici mətbuatına istinadən bildiri ki, bu, ştatın tarixində ən böyük qanunsuz məhkumluq mükafatıdır.

72 yaşlı Moris Hastinqs 1983-cü ildə başından güllə yarası alan Roberta Uaydermyerə qarşı cinsi təcavüz və qətldə təqsirləndirilək ömürlük həbs cəzasına məhkum edilib.

Hastings 2000-ci ildə DNT testi tələb etsə, lakin prokurorluq bu tələbi rədd edib. 2021-ci ildə yenidən test nümunələrin ona aid olmadığını müəyyən edilib.

2022-ci ildə DNT testləri sayəsində onun günahsız olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə o azadlığa buraxılıb.

DNT məlumatları başqa bir cinayətə görə məhkum edilmiş Kenneth Packnettə uyğun gəlib.

Həmin məhkum 2020-ci ildə həbsxanada ölüb.

Avqust ayında əldə edilən razılaşmaya görə, Hastingsə 25 milyon dollar təzminat ödənilib.

Keçmiş məhkum bildirib ki, heç bir pul mənnən alınan 38 ili geri qaytara bilməz, lakin həyatıma davam etməyi səbirsizliklə gözləyirəm.

Humay Eminqızı

Oxşar xəbərlər