Almaniya Aİ-nin yenidən silahlanmasında aparıcı rol oynamağa hazırdır


  • 12:19

Almaniya Avropa İttifaqı (Aİ) ölkələrinin yenidən silahlandırılmasında aparıcı rol oynamağa hazır olduğunu bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Almaniya hökuməti prioritet sahələr üzrə birgə silah alışını həyata keçirəcək dövlət qruplarının yaradılmasını təklif edib.

Qeyd olunur ki, birgə layihələrin əksəriyyəti şərq cinahının qorunmasına yönəldilməlidir.

Almaniya həmçinin Aİ üzvlərini silah istehsalının tənzimlənməsini ləğv etməyə çağırıb.

Rəsmi Berlin layihələrin yeni ümumi borc hesabına maliyyələşdirilməsinin tərəfdarıdır.

Humay Eminqızı

Oxşar xəbərlər