- 12:48
Çinin Nankin Universitetinin alimləri tərəfindən hazırlanmış yeni örtük pəncərələri görünüşünü pozmadan günəş panellərinə çevirir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət pəncərələri görünüşünü dəyişdirmədən enerji mənbələrinə çevirən CUSC adlı yeni günəş konsentratorundan gedir.
Bu texnologiya hündürmərtəbəli binaları təmiz enerji elektrik stansiyalarına çevirmək və karbon emissiyalarını milyardlarla ton azaltmaq məqsədi daşıyır.
Yeni sistemdə xolesterik maye kristalların təbəqələrindən istifadə edilir. Bu, daxil olan yaşıl işığın 38,1 faizini pəncərələrin kənarlarına yönəldərək elektrik enerjisinə çevirməyə imkan verir. 2,5 santimetrlik prototip birbaşa günəş işığı altında 10 mVt gücündə ventilyatoru gücləndirə bilir.
Tədqiqatçılar bildirirlər ki, bu ixtiranın genişləndirilməsi qlobal teravatt səviyyəsində yaşıl enerji təchizatı təmin edə və hər il milyardlarla ton karbon emissiyasının qarşısını ala bilər.
Texnologiyanın daha səmərəli olması və istehsal üsullarının optimallaşdırılması istiqamətində işlər davam etdirilir. Araşdırma PhotoniX jurnalında dərc olunub.
Humay Eminqızı