- 15:51
İran hökuməti cari ilin iyul ayında ABŞ-nin zərbələri zamanı ölkənin nüvə infrastrukturunun qismən zədələndiyini açıqlayıb.
E-huquq.az "TASS"a istinadən xəbər verir ki, İranın vitse-prezidenti, İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami hərbi hücum nəticəsində obyektlərə ziyan dəyməsinin, infrastrukturun dağılması ilə bağlı açıqlama verib.
O vurğulayıb ki, rəsmi Tehran dəymiş ziyanı aradan qaldırmaq imkanına malikdir.
O. ABŞ ilə İranın nüvə proqramıyla bağlı danışıqlar aparmağa ehtiyacın olmadığını deyib:
"ABŞ hökuməti İran xalqına qarşı böyük ədalətsizlik edib, İslam inqilabının başlanğıcından bəri İrana ciddi zərbələr endirib və bu yaxınlarda ölkəmizə hərbi hücum həyata keçirib. Düşmən düşməndir, hətta düşmənçiliyini açıq şəkildə göstərməsə belə. Belə bir düşmənlə danışmağın mənası yoxdur" - deyə İra rəsmisi fikrini yekunlaşdırıb.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İyunun 22-də isə ABŞ İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbələr endirərək münaqişəyə girdi.
Humay Eminqızı