Osloda törədilən partlayışlarla bağlı 3 nəfər  həbs edilib


  • 14:28

Norveçin paytaxtı Osloda törədilən partlayışlarla bağlı 3 nəfər həbs edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Norveç polisi çərşənbə axşamı axşam saatlarında Oslonun Bislett rayonunda baş verən partlayışlardan sonra üç uşağı saxlayıb.

Qeyd edək ki, hadisələr Pilestredet və Parkveien bölgələrində baş verib. Avtomobildən iki qumbaranın atıldığı bildirilir. Bir bomba küçədə partlayıb, digəri isə polis tərəfindən nəzarətli şəkildə zərərsizləşdirilib.

Hadisələr zamanı xəsarət alan olmayıb.

Polis ehtimal edilən şübhəlilərin axtarışı üçün bir neçə saat ərzində vertolyotlardan istifadə etməklə Oslonun mərkəzi üzərində genişmiqyaslı əməliyyat keçirib.

Humay Eminqızı

Oxşar xəbərlər