"Raqasa" tayfunu Tayvanda 14 nəfərin ölümünə səbəb olub


  • 14:40

Dünən axşam saatlarında Tayvana çatan "Raqasa" tayfunu 14 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvanın CNA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, adanın şərqindəki Hualien əyalətinin Qanfu qəsəbəsində yerləşən su anbarı yağışlar səbəbindən daşıb. Nəticədə yaşayış sahələrini su basıb.

Daşqın nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.

Ölənlərin əksəriyyəti evlərini vaxtında tərk edə bilməyən qocalar olub.

Qəsəbənin qatar stansiyası dağıdılıb, körpü uçub. Xilasetmə qrupları Qanfu, Fenglin və Vanronq qəsəbələrinin 3000-dən çox sakinini təxliyə edib.

Bundan başqa Honq Konq Rəsədxanasının yaydığı açıqlamada bildirilib ki, qasırğanın yerli vaxtla səhər saat 6:00-dan 9:00-a qədər şəhər yaxınlığından keçəcəyi gözlənilir və fırtına xəbərdarlığı ən yüksək səviyyəyə çatıb. Şəhərdəki bütün uşaq bağçaları, ibtidai və orta məktəblər bağlanıb, 600-ə yaxın reys ləğv edilib, bəzi qatarların hərəkəti dayandırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər