- 15:51
ABŞ-nin Nyu-York ştatında iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində fosil (qalıq) yanacaqdan istifadə qadağan edilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 2026-cı ilə qədər yeddi mərtəbəli və 9300 kvadratmetrə qədər olan bütün yeni tikililərdə təbii qazdan istifadə ləğv ediləcək.
Tikilən binaların bütün enerji ehtiyacları elektrik enerjisi hesabına ödəniləcək. 2029-cu ildən başlayaraq buna daha böyük binalar daxil ediləcək.
Yeni qanuna əsasən, qazanxanalar və qaz sobaları elektrik istilik nasosları və induksiya sobaları ilə əvəz olunacaq.
Enerji keçidi ilə bağlı narahatlıqları həll etmək üçün hazırlanmış məlumat saytında dövlət rəsmiləri elektrik şəbəkəsinin gücləndirilməsi üçün işlərin aparıldığını və istilik nasoslarının -13°C-ə qədər səmərəli işləyə biləcəyini vurğulayır.
Restoranlar, səhiyyə müəssisələri, fabriklər və kənd təsərrüfatı binaları istisna ediləcək.
Humay Eminqızı