Qonşular arasında baş verən davada 3 nəfər yaralandı


  • 14:57

Türkiyənin Adana şəhərində qonşular arasında baş verən davada 3 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Ceyhan rayonunda iki qonşu ailə naməlum səbəblərə görə mübahisə başlayıb.

Mübahisə qısa müddətdə davaya çevrilib. Tərəflər bir-birinə tüfəng, bıçaq və dəyənəklə hücum edib.

Dava zamanı 3 nəfər yaralanıb.

Yaralılar Ceyhan Dövlət Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı 7 nəfər saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər