- 15:51
Kanada hökuməti "TikTok" sosial media platforması haqqında hesabat hazırlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda platformanın şəxsi məlumat toplama və istifadə üsullarının ölkənin məxfilik qanunlarına uyğunluğu araşdırılıb.
Məlum olub ki, "TikTok" 13 yaşdan kiçiklər üçün bir çox əyalət tərəfindən qoyulan giriş qadağasını tətbiq etmək üçün kifayət qədər tədbirlər görməyib.
"Şirkət kanadalı uşaqların şəxsi məlumatlarını, o cümlədən həssas hesab edilən məlumatları toplayıb", - deyə hesabatda bildirilib.
Üz və səs kimi biometrik məlumatların şirkət tərəfindən toplanan məlumatlar arasında olduğu, hər il təxminən 500.000 azyaşlı istifadəçinin platformadan bloklandığı, lakin yaş təyinetmə mexanizmindəki çatışmazlıqlar səbəbiylə bir çox uşağın diqqətdən kənarda qaldığı vurğulanıb.
Humay Eminqızı