Ukraynanın Novorossiyskə hücumu zamanı 2 nəfər ölüb, 3 nəfər yaralanıb


  • 15:26

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Novorossiysk şəhərinin mərkəzinə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev məlumat verib.

İlkin məlumatlara görə, hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Qubernatorun sözlərinə görə, beş yaşayış evi, o cümlədən yaşayış binaları və bir otelə ziyan dəyib.

Humay Eminqızı

Oxşar xəbərlər