"Azəristiliktəchizat"ın tenderi ləğv edildi


  • 15:51

"Azəristiliktəchizat" ASC-nin İstilik Elektrik Mərkəzindən qidalanan mövcud 8 ədəd istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi ilə əlaqədar məhəllədaxili istilik xətlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.

Məlumata görə, tenderin dəyəri 59.511,33 manat olub.

Humay Eminqızı

Oxşar xəbərlər