Pezeşkian: İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymayıb


  • 18:39

İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymayıb.

E-huquq.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

Pezeşkian Ukraynada davam edən müharibədən də danışıb. O qeyd edib ki, İran Ukraynadakı münaqişənin ədalətli və davamlı həllinə çağırır.

“İran iki müsəlman və qardaş ölkə olan Pakistanla Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktını regionda hərtərəfli təhlükəsizlik nizamının qurulmasının başlanğıcı hesab edir və bunu müsbət qarşılayır”, - İran Prezidenti vurğulayıb.

Oxşar xəbərlər